Əhmədinejad İlham Əliyevi İrana dəvət edib
24 May 2011 Çərşənbə Axşamı 13:57
Dəvəti İranın xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybani çatdırıb
İran prezidenti Mahmud Əhmədinejad Azərbaycanın dövlət başçısı İlham Əliyevi yaxın vaxtlarda Tehranda keçirilməsi planlaşdırılan terrorizmlə mübarizəyə həsr edilmiş beynəlxalq konfransda iştiraka dəvət edib. Bu barədə məlumatı "IRNA" agentliyi yayıb. Azərbaycan prezidentinə dəvətnaməni İran İslam Respublikası xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybani təqdim edib.

Qeyd edək ki, ötən gün İlham Əliyev Azərbaycanda səfərdə olan İran İslam Respublikası xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybanini qəbul etmişdi. Görüşdə Şeybani İran tərəfinin Azərbaycan ilə ticari-iqtisadi əlaqələrini daha da gücləndirmək və illik ticarət dövriyyəsi həcmini 5 milyard dollara çatrımaq istəyini çatdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar