Əhməd Əhmədzadə: "Kürdə suyun artması davam edir"
19 May 2010 Çərşənbə 12:25
Sarısu gölünun səviyyəsi isə 5 sm aşağı düşüb.
“Kür çayında suyun səviyyəsi qalxmaqda davam edir”. Bunu "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin prezidenti Əhməd Əhmədza deyib. O, ən çox artımın Araz çayında müşahidə edildiyini bildirib.
Ə. Əhmədzadənin sözlərinə görə, Sabirabad rayonunun Çığırğan kəndində dünən axşam bəndin yarılması nəticəsində axan su boş çöllərə axıdılır:

“Bunun qarşısını almaq məqsədəuyğun deyil. Az ziyanla keçinmək, Neftçala və Salyan rayonlarında gərginliyi azaltmaq üçün suyun boş çöllərə axıdılmasına qərar verdik".

Ə.Əhmədzadə Sabirabad, Saatlı və İmişli rayonlarının ərazisində yerləşən Sarısu gölündə hazırda suyun səviyyəsinin 5 santimetr aşağı düşdüyünü də qeyd edib. “Bu da bənd bərkitmə işlərinin davam etdirməyə imkan verir. Suyun göl ətrafındakı boş sahələrə və kollektorlara axıdılması yolları araşdırılır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar