Ehed Abıyev qurban kesdi
11 Oktyabr 2013 Cümə 17:17
Daşkesen Rayon İcra Hakimiyyetinin Başçısı Ehed Abıyev kesilen qurbanların birini şexsen özü kesib.
Daşkəsən icra hakimiyyəti prezident seçkilərində İlham Əliyevin qələbəsi münasibəti ilə rayonun mərkəzində qurban kəsib, böyük ziyafət məclisi verib.

ANS PRESS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bayram tədbiri şəhərin mərkəzindəki Heydər Əliyev meydanında qurbanların kəsilməsi ilə başlayıb. Qurban kəsilməsi mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kəsilən qurbanların birini şəxsən özü kəsib.

Sonra tədbir iştirakçıları “Yeni həyat” sarayının qarşısınadək yürüş-mitinq keçirərək əllərində İlham Əliyevin portretləri, Azərbaycan Respublikasının dövlət bayraqları, Yeni Azərbaycan Partiyasının bayraqları ilə ümumrayon qələbə mitinqinə toplaşıblar.







DOSTLARINLA PAYLAŞ:

oyunlar