Əfv sərəncamının icrasına başlanıb
27 May 2011 Cümə 10:18
Məhbuslar cəzaçəkmə müəssisələrindən azad olunurlar
Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Bu gün səhərdən etibarən
məhbuslar artıq cəzaçəkmə müəssisələrindən azad olunurlar.

Qeyd edək ki, dünən prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında fərman imzalayıb. Fərmana əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 70 nəfər, azadılığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. 4 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Cərimə cəzasına məhkum edilmiş 6 nəfər isə cəzadan azad edilib.

Qeyd edək ki, əfv olunanlar arasında jurnalist Eynulla Fətullayev də var. Eynulla Fətullayev 2007-ci ilin aprelində həbs edilib. O, 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. 2009-cu ilin dekabrında 12 saylı cəzaçəkmə müəssisəində saxlanılan Fətullayevin üzərində 223 qram heroin aşkarlanıb. Bununla əlaqədar onun barəsində çıxarılan həbs müddəti 8 il 6 ay olub. O, bu ilin mart ayında əfv olunması üçün prezident İlham Əliyevə müraciət etmişdi. Eynulla Fətullayev artıq cəzaçəkmə müəssisəsindən buraxılıb.

Əfv olunan digər məhbuslar arasında Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Allahverdiyevin müavini Eldəniz Lahıcov və sabiq polis rəisi Müşfiq Mədətov da var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar