Əfv olunanlar arasında xarici vətəndaşlar da var
14 Oktyabr 2013 Bazar Ertəsi 22:27
Prezident İlham Əliyevin sərəncamı ilə 134 nəfər həbsdən azad olunub.
Məlum olduğu kimi, bu gün prezidenti İlham Əliyev bu gün növbəti əfv sərəncamı imzalayıb.
ANS PRESS-in verdiyi məlumata görə, Azərbaycan prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq, 134 nəfərin həbsdən azad olunması, Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfərin tam azad olunması, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2013-cü il 18 aprel tarixli hökmü ilə islah işləri cəzasına məhkum edilmiş 1 nəfərin cəzadan azad olunması və cərimə cəzasına məhkum edilmiş 16 nəfərin cərimədən azad edilməsinə qərar verib.
Qeyd edək ki, azad olunanlar arasında müxtəlif məhkəmə instansiyaları tərəfindən azadlıqdan məhrum edilmiş 6 nəfər xarici ölkə vətəndaşları da var.
Onlardan 2 nəfəri İran, 2 nəfəri Banqladeş, 1nəfəri Nigeriya, 1 nəfəri də Özbəkistan vətəndaşlarıdır:
1) Nadiri Jalil Keikavous, 1973-cü ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2010-cu il 26 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
2) Azimi Mostafa Salamollah, 1953-cü ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Qaradağ rayon məhkəməsinin 2011-ci il 7 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
3) İqboqadi Feliks Ovo, 1982-ci ildə anadan olmuş, Nigeriya Federativ Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 22 fevral tarixli hökmü ilə məhkum edilmişdir.
4) MD. Jueeal Bhuyan Abdur Razzak, 1979-cu ildə anadan olmuş, Banqladeş Xalq Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 29 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
5) Mohammad Svapan Abdul Halim Miah, 1980-ci ildə anadan olmuş, Banqladeş Xalq Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 29 aprel tarixli hökmü ilə məhkum edilmişdir.
6) Turğunov Saidjon Şokirjonoviç, 1982-ci ildə anadan olmuş, Özbəkistan Respublikasının vətəndaşı, Quba rayon məhkəməsinin 2012-ci il 17 may tarixli hökmü ilə məhkum edilmişdir.
DOSTLARINLA PAYLAŞ: