Əflatun Amaşov: “Sifariş əsasında yazılan yazılar çoxalır”
15 Mart 2010 Bazar Ertəsi 16:40
MŞ-nın rəhbəri Əflatun Amaşov bunu mətbuatda maliyyə problemlərinin olması ilə əlaqələndirib.
Azərbaycan Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birlikdə silsilə tədbirlər keçirəcək. Bunu Mətbuat Şuranın yaradılmasının 7-ci ildönümü ilə bağlı şura sədri Əflatun Amaşov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, ATƏT-in Bakı ofisi ilə birlikdə təşkil olunacaq tədbirlərdə məqsəd Mətbuat Şurasının fəaliyyətinin səmərəliliyini artırmaqdır. Əflatun Amaşov tədbirlər çərçivəsində “diffamasiya haqında” qanun layihəsinin hazırlanaraq Milli Məclisə təqdim olunacağını söyləyib. Əli Bilgə Cankorel isə bəyan edib ki, əsas məqsəd diffamasiyanı nəzərdə tutan maddələrin Cinayət Məcəlləsindən çıxarılmasına nail olmaqdır. Əflatun Amaşov həmçinin, bu gün mətbuatın qarşılaşdığı problemlərdən də danışıb.

“Bu gün jurnalistlərin ən böyük problemi iqtisadi problemdir. Reklam bazarının zəif olması sosial rifahın yaxşılaşması istiqamətində tədbirlərin aparılmasına baxmayaraq yenə mətbuat maliyyə problemlərini yaşayır. Bu isə jurnalistləri ələbaxımlılğa öyrədir. Sifariş əsasında yazılan yazılar çoxalır”, - deyə Əflatun Amaşov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar