Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 7-də Naftalan şəhərində vətəndaşların qəbulu keçiriləcək.
ANS PRESS-in Ədliyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəbul saat 11.00-dan etibarən Heydər Əliyev Mərkəzində təşkil ediləcək.
Qəbulda Naftalan, Mingəçevir, Yevlax şəhərlərində, Goranboy və Tərtər rayonlarında yaşayan vətəndaşların, habelə Xocalı şəhərindən olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Gəncə regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyinin
[email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət olunmalıdır.