Ölkə

Əczaçılıqla məşğul olanların imtahanlarının nəticələri açıqlanıb

İmtahanlarda iştirak edən həkimlərdən 41(91%) nəfər uğurlu nəticələr əldə edib

· Xəbərçi
Əczaçılıqla məşğul olanların imtahanlarının nəticələri açıqlanıb
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 17.08.2011-ci il tarixində anesteziologiya - reanimotologiya və ümumi cərrahiyyə ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 56 həkim imtahan verib. İmtahanlarda iştirak edən həkimlərdən 41(91%) nəfər uğurlu nəticələr əldə edib. Növbəti test imtahanları nefrologiya və terapiya ixtisasları üzrə 24.08.2011-ci il tarixində keçiriləcək.

Şərhlər