Əbülfəs Qarayev UĞUR-2010 mükafatı ilə təltif olunub
19 Mart 2011 Şənbə 14:22
Təqdimat mərasimi Buta Palace sarayında keçirilib
illik "UĞUR-2010" milli mükafatı, mükafat təsisçilərinin rəyinə əsasən ötən il ərzində əhəmiyyətli nəticələrə nail olmuş şəxslərin adlarını açıqlayıb. ANS PRESS-in məlumatına görə, martın 18-də Laureatlar arasında ictimai xadimlər, həmçinin dövlət təşkilatları və özəl şirkətlər var.

"UĞUR-2010" mükafatının təşkilat komitəsinin sədri İbrahim Baharov Buta Palace sarayında keçirilmiş təqdimat mərasimindəki çıxışında laureatları şərh edərək deyib: "Bu mükafata, öz sektorunun flaqmanları olan və ölkəmizin inkişafına öz dəyərli töhfəsini vermiş təşkilatlar, şirkətlər, görkəmli şəxsiyyətlər layiq görülüb. Bizim laureatlarımız, Azərbaycanda ölkənin gələcəkdə də müxtəlif istiqamətdə inkişaf etməsi üçün böyük potensialın olduğunu bir daha nümayiş etdiriblər".

Turizmin inkişafına verdiyi töhfəyə görə Nominasiyasına nədəniyyət və turizm naziri Əbülfəs Qarayev laureat olub. Uğur mükafatı Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyevə təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar