Ölkə

E.Məmmədyarov Meksikada rəsmi səfərdədir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 27-də Meksika Birləşmiş Ştatlarına rəsmi səfərə gedib.

· Xəbərçi
E.Məmmədyarov Meksikada rəsmi səfərdədir


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı E. Məmmədyarovun Meksika Birləşmiş Ştatlarının xarici işlər naziri, xanım Patrisiya Espinoza, Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşləri, Meksika Diplomatik Akademiyası tərəfindən təşkil olunan “Azerbaijan’s Foreign Policy: Challenges and Prirorities” (Azərbaycanın xarici siyasətini: çağırışlar və prioritetlər) mövzusunda elmi konfransda iştirakı və yerli mətbuat nümayəndələri ilə görüşü planlaşdırılıb.

Səfər martın 29-da başa çatacaq.

Şərhlər