Əhalini yodlaşdırılmış, keyfiyyətli duzla təmin etmək məqsədi ilə Masazır gölü ətrafında duz zavodu tikilir. Dövlət İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev jurnalistlərə bildirib ki, zavodun inşası yaxın 3 aya yekunlaşacaq.
Xatırladaq ki, hazırda Azərbaycan əhalisinin illik yodlaşdırılmış duz tələbatı 35-40 min tondur. Tikilməkdə olan düz zavodunun istehsal gücü sutkalıq 200 ton nəzərdə tutulub. Burada yodlaşdırılmış, ekoloji təmiz məhsul istehsal ediləcək.ANSPRESS
Duz zavodunun tikintisi 3 aya yekunlaşacaq
Masazır gölü ətrafında inşan edilən zavodda yodlaşdırılmış, ekoloji təmiz məhsul istehsal ediləcək




Şərhlər