Dükanları yanmış sahibkarlara kompensasiya verilməyəcək
21 İyul 2009 Çərşənbə Axşamı 12:00
Nizami rayon İcra Hakimiyyətindən bildirilib ki, dəymiş ziyan yalnız sığorta olunan mağaza sahiblərinə ödəniləcək

 

Bakının “8-ci kilometr” bazarında baş vermiş yanğın nəticəsində sahibkarlara dəymiş ziyana görə kompensasiya verilməyəcək. Bu barədə ANS PRESS-ə yanğın nəticəsində zərərçəkmiş sahibkarlar məlumat veriblər. Onların sözlərinə görə, bir qrup sahibkar bazarın rəhbərliyi ilə görüşsə də, onlara kompensasiya ödənilməyəcəyi barədə  məlumat verilib. Rəhbərlik həmin dükanların qanunsuz tikildiyini və Qara Qarayev prospektində avtomobillərin hərəkətinə ciddi maneə olduğunu əsas gətirərək zərərçəkənlərə kompensasiya ödənilməyəcəyini söyləyib. Yanmış mağazalar sahibkarların şəxsi vəsaiti hesabına təmir ediləcək.

Nizami rayon İcra hakimiyyəti başçısıın müavini Rəhman Həsənov ANS PRESS-ə bildirib ki, faktla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış komissiya yanğın zamanı dəymiş ziyanı müəyyənləşdirilr. R.Həsənov onu da qeyd edib ki, dəymiş ziyan yalnız sığorta olunan mağaza sahiblərinə ödəniləcək.

Xatırladaq ki, iyulun 18-də, gecə saat 22:30 radələrində baş verən yanğın zamanı 7-8 mağaza yanaraq külə dönüb.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar