Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğda tədarükü elan edilib
22 İyul 2011 Cümə 22:57
Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğda tədarükü elan edilib. Bu il taxıl yerli buğda istehsalçılarından bir tonu 230 manata alınacaq.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğda tədarükünə başlayır. FHN-dən verilən məlumata görə, taxılın toplanması bu ilin iyulun 23-dən oktyabrın 1-nə kimi “Abşeron Taxıl MMC”, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “Karmen” FATOĞLU, N.Quliyev adına Bakı-Taxıl, “Araz ASC” “Aveta”, “EL” KM və “Neon” müəssisələrinin vasitəsilə həyata keçiriləcək. Taxıl yerli buğda istehsalçılarından bir tonu 230 manata alınacaq.

Tədarük olunacaq taxıl Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş keyfiyyət göstəricilərinə cavab verməlidir. FHN-in yaydığı məlumatda bildirilir ki, keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar