Dövlet standartları tesdiq edilib
25 Noyabr 2013 Bazar Ertəsi 09:43
Standartlaşdırma, Metrologiya ve Patent üzre Dövlet Komitesi yeni standartlar tetbiq edir.
Azerbaycan Standartlaşdırma, Metrologiya ve Patent üzre Dövlet Komitesi terefinden bir sıra yeni standartlar tesdiq edilib.
ANS PRESS qurumun saytına istinaden xeber verir ki, komite terefinden AZS İSO/İEC 14496-1-2013 "İnformasiya texnologiyaları. Audio-vizual obyektlerin kodlaşdırılması. Hisse 1. Sistemler", AZS ETSİ EN 302 296-2-2013 "Elektromaqnit uzlaşması ve radiotezlik meseleleri (ERM); Yerüstü Reqemli Televiziya Yayım (DVB-T) xidmetleri üçün verici avadanlıqlar; Hisse 2. R&TTE Direktivinin 3.2-ci maddesinin esas teleblerini ehate eden EN harmonizasiya olunmuş standart", AZS 753-2013"Xilasetme daireleri. Ümumi texniki şertler" ve AZS 754-2013 "İnformasiya, kitabxana ve neşriyyat işi üzre standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik tesvir. Ümumi telebler ve tertib qaydaları" dövlet standartları tesdiq edilib.
AZS İSO/İEC 14496-1-2013 "İnformasiya texnologiyaları. Audio-vizual obyektlerin kodlaşdırılması. Hisse 1. Sistemler" standartı interaktiv audio-vizual kadrlar kommunikasiya sistemini, sistem seviyyesinde funskinallığını mueyyen edir.
AZS ETSİ EN 302 296-2-2013 "Elektromaqnit uzlaşması ve radiotezlik meseleleri (ERM); Yerüstü Reqemli Televiziya Yayım (DVB-T) xidmetleri üçün verici avadanlıqlar; Hisse 2. R&TTE Direktivinin 3.2-ci maddesinin esas teleblerini ehate eden EN harmonizasiya olunmuş standart"ı ise yerüstü reqemli televiziya yayım xidmetleri üçün verici avadanlıqlara tetbiq olunur. Normativ senedde bu avadanlıqlara qoyulan teleblerin xüsusiyyetleri, texniki teleblere uzlaşma üçün testler haqqında informasiyalar mövcuddur.
AZS 753-2013 "Xilasetme daireleri. Ümumi texniki şertler" dövlet standartı gemilerde, üzen vasitelerde ve sahil menteqelerinde istifade edilen xilasetme dairelerine şamil edilir. Standart "Denizde insan heyatının mühafizesine dair 1974-cü il tarixli Beynelxalq Konvensiyanın III qaydasının (1983-cü ilde deyişiklikler edilmiş)" teleblerine uyğundur. Normativ senedde xilasetme dairelerinin ölçüleri, xilasetme dairelerine aid texniki telebler, sınaq üsulları, markalanma, qablaşdırma, neqletme ve saxlanma, istehsalçıların zemanetleri haqqında informasiyalar mövcuddur.
AZS 754-2013 "İnformasiya, kitabxana ve neşriyyat işi üzre standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik tesvir. Ümumi telebler ve tertib qaydaları" dövlet standartı senedin, onun bir hissesinin ve ya senedler toplusunun biblioqrafik tesvirinin tertibi qaydası (biblioqrafik tesvirin ünsürleri ve sahelerin mecmusu, onların ardıcıllıqla verilmesi, ünsürlerin düzgün teqdim edilmesi, ixtisarların düzgün verilmesi) ve ümumi telebleri müeyyen edir. Standart kitabxanalar, elmi-texniki informasiya orqanları, dövlet biblioqrafiya orqanları, naşirler, biblioqrafik fealiyyeti heyata keçiren diger teşkilatlar terefinden tertib edilen senedlerin tesvirinde tetbiq edilir.
DOSTLARINLA PAYLAŞ: