Dövlət sərhədini pozan 39 nəfər saxlanıldı
10 Mart 2014 Bazar Ertəsi 11:05
Onlardan 11 nəfərinin Suriya vətəndaşı olduğu bildirilir.
Dövlət Sərhəd Xidməti tərəfindən 2014-cü ilin fevral ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.

DSX-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 20 halda 39 nəfər saxlanılmış, onların 11 nəfəri Suriya, 7 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Nigeriya, 6 nəfəri Özbəkistan, 4 nəfəri İran İslam Respublikası, 2 nəfəri Moldova, 1 nəfəri Gürcüstan və 1 nəfəri Türkiyə vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən Xəzər dənizində 14 halda 17 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 183 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar