Dövlet rüsumu haqqında qanun deyişdi
22 Oktyabr 2013 Çərşənbə Axşamı 13:23
Dövlet rüsumu haqqında qanun deyişdi. Qanun layihesi barede iqtisadi siyaset komitesinin sedri Ziyad Semedzade danışıb.
Milli Məclisin iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. ANS PRESS-in verdiyi məlumata görə, Milli Məclisin iclasında qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə danışıb.
Dəyişikliyə əsasən şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi müvafiq icra hakimiyyəti orqanının pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının ("ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə xüsusi hesaba köçürüləcək.
Layihə məclisdə səsə qoyulub və qəbul olunub.
DOSTLARINLA PAYLAŞ: