Dövlət qurumlarının online şəffaflıq hesabatı açıqlanıb
17 May 2011 Çərşənbə Axşamı 13:42
Dövlət qurumlarının online şəffaflıq hesabatı açıqlanıb


Bakı. Ramil Məmmədli – APA. Media Hüququ İnstitutu (MHİ) 17 may - Ümumdünya İnformasiya Azadlığı Günü münasibətilə “Hökumət və toplum - dövlət qurumlarının internet saytlarının durumu” mövzusunda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, mətbuat konfransında MHİ-nın direktoru Rəşid Hacılı, media üzrə hüquq eksperti Ələsgər Məmmədli, jurnalist Qulu Məhərrəmli və digərləri çıxış edib.

Mətbuat konfransında MHİ-nin dövlət qurumlarının online şəffaflıq hesabatı da açıqlanıb. “İnformasiya əldə etmək haqqında” qanunla bilgi sahibi olan qurumların internet saytlarının monitorinqi aparılan hesabatda bildirilib ki, təqdim olunan nəticələr 48 dövlət qurumunun internet resursunun monitorinqinə əsaslanır. Saytların monitorinqi zamanı 184 parametrdən istifadə olunub.

Reytinq cədvəlinə görə ilk 3 yeri Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (52,26 faiz), Baş Prokurorluq (48,15 faiz) və Vergilər Nazirliyi (44,57 faiz) tutub. Sonrakı sıralarda Hesablama Palatası, Əmlak məsələləri üzrə Dövlət Komitəsi və digər qurumlar gəlir. Son 3 yeri Sənaye və Energetika Nazirliyi (11,37 faiz), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (-) və “Azərsu” (-) bölüşdürüblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar