Dövlet Qulluğuna imtahan verenlere şad xeber
09 Aprel 2014 Çərşənbə 09:57
Bakıda Azerbaycan Respublikasının Prezidenti yanında Dövlet Qulluğu Meseleleri üzre Komissiyası üçün yeni inzibati bina inşa olunur.
ANS PRESS-in melumatına göre, yeni bina Bakı şeheri, Bineqedi rayonu Süleyman Sani Axundov küçesinde yerleşecek.
İnzibati bina 7 mertebe ve zirzemi hissesinden ibaretdir. Binanın ölçüleri 33,00 x 32,60 metr, binanın tikinti sahesi-1188,78 m2, tikinti hecmi ise 35695,68 m3-dir.
Bina çox funksiyalıdır ve imtahan otaqları, gözleme zalları, treninqler üçün toplantı otaqları, inzibati, iş otaqlarından, administrativ hisse o cümleden elektron kitabxana, arxiv, konfrans zallarından, kiçik kinozal, kafe ve çoxsaylı texniki ve yardımçı otaqlardan ibaretdir. Tikintide o cümleden bina üçün yanğın eleyhine ve içmeli su rezervuarları, nasosxana, qazanxana ve transformator yarımstansiyası da nezerde tutulub.
Qeyd edek ki, binanın inşasının 2015-ci ilde başa çatdırılması nezerde tutulub.
DOSTLARINLA PAYLAŞ: