Dövlət Mükafatları komissiyasının tərkibi təsdiqləndi
08 Fevral 2010 Bazar Ertəsi 22:30
Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və əsasnaməsi təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası ilə birlikdə Dövlət Mükafatları laureatlarının diplomu və fəxri döş nişanlarının təsvirinə dair təklifləri iki ay müddətində hazırlayıb prezidentə təqdim etsin. Habelə Nazirlər Kabineti komissiyanın fəaliyyətinin təşkili ilə bağlı olan və müvafiq fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Komissiyanın tərkibi:
Sədr - baş nazir Artur Rasi-zadə
Üzvləri - baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyev
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Təhsil naziri Misir Mərdanov
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov
Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev
Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov
Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə
Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlı
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov
Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi
Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli
Bəstəkarlar İttifaqının katibi, xalq artisti Aqşin Əlizadə
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev
Xalq rəssamı Toğrul Nərimanbəyov
Milli Elmlər Akademiyasının müxbir üzvü, xalq artisti Arif Məlikov
Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Şəfiqə Məmmədova
Xalq yazıçısı Mövlud Süleymanlı ANSPRESS
DOSTLARINLA PAYLAŞ: