Ölkə

Dövlət Bayrağı Meydanından Bakının mərkəzinə yeni yol çəkilir

Yeni yolun əhalinin rahatlığına xidmət edəcək.

· Xəbərçi
Dövlət Bayrağı Meydanından Bakının mərkəzinə yeni yol çəkilir
Azərbaycan paytaxtındakı Dövlət Bayrağı Meydanından şəhərin mərkəzi istiqamətində yeni yol çəkilir.
Bu barədə APA-ya Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib.

O, yeni yolun əhalinin rahatlığına xidmət edəcəyini qeyd edib. A.Əsgərovun sözlərinə görə, rayon ərazisindəki “Alov qüllələri” (“The Flame Towers”) kompleksinin, “Four Seasons”, “Hilton” və “Mariot” otellərinin, Oksford məktəbi üçün yeni tədris korpusunun tikintisi davam edir: “Rayon ərazisindəki hotellərin tikintisi bu ilin sonunadək yekunlaşacaq”. ANSPRESS

Şərhlər