Dolu Gədəbəyin iki kəndinə ziyan vurub
09 Avqust 2009 Bazar 13:55
Güclü küləklə müşahidə olunan dolu əhalinin təsərrüfatını yarasız hala salıb

 

Ötən gecə Gədəbəy rayonuna yağan dolu rayonun Şınıx bölgəsinə, əsasən də Düzrəsullu və Göyəli kəndinə ciddi ziyan vurub. Güclü küləklə müşahidə olunan dolu əhalinin təsərrüfatını yarasız hala salıb.

Dolu evlərin dam örtüyünü zədələyib, şiferləri dəlmə-deşik, yararsız hala salıb. Kəndlərdəki meyvə bağlarının hamısında məhsul yararsız hala düşüb. Dolu həyətyanı sahələrdəki meyvə ağaclarını, bostan bitkilərini və yeni əkilən taxıl sahələrini də yararsız hala salıb.

Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev ANS-ə verdiyi müsahibədə bildirib ki, artıq hadisə ilə əlaqədar rayon FHK-nın nümayəndələri kəndə göndəriliblər. Onun sözlərinə görə, yaradılan komissiya fəlakətdən ziyan çəkmiş ərazilərə baxış keçirir. Q.Paşayev dəymiş zərərin həcminin hesablanacağını bildirib. /ANS TV/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar