Dmitri Medvedev İlham Əliyevə məktub ünvanlayıb
26 May 2011 Cümə Axşamı 18:04
O, Azərbaycan prezidentini 28 May Respublika Günü münasibəti ilə təbrik edib
Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev Azərbaycanın dövlət başçısı İlham Əliyevə 28 May Respublika günü münasibəti ilə məktub ünvanlayıb. Məktubda D.Medvedev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə İlham Əliyevə səmimi təbriklərini çatdırıb.
"Azərbaycan dövlət quruculuğu işində dərin iqtisadi və sosial dəyişikliklərin həyata keçirilməsində, beynəlxalq aləmdə öz mövqelərinin möhkəmləndirilməsində parlaq uğurlar nümayiş etdirir. Mehriban qonşuluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bizim əlaqələrimizin intensivliyi və səmərəli xarakteri, müxtəlif sahələrdə iri müştərək layihələrin effektiv həyata keçirilməsi, aktual regional problemlərin həllində sıx əməkdaşlıq buna dəlalət edir. Ümid edirəm ki, bu cür konstruktiv dialoq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli formatlarda davam edəcək. Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə zəngin çoxşaxəli əlaqələrin inkişafı Rusiya və Azərbaycan xalqlarının əsas mənafelərinə uyğundur, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradır”, - deyə Rusiya prezidentinin təbrik məktubunda vurğulanıb.
DOSTLARINLA PAYLAŞ: