Dilarə Seyidzadə “Şöhrət” ordeni aldı
25 Oktyabr 2009 Bazar 04:10
Bu gün Azərbaycan Respublikası Prezidenti Katibliyi rəisinin 70 illik yubileyidir. Dilarə Seyidzadə “Şöhrət” ordeni aldı.
Prezident İlham Əliyevin sərəencamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Bağır qızı Seyidzadə “Şöhrət” ordeni ilə təltif edilib.
Seyidzadə Dilarə Bağır qızı 25 oktyabrı 1939-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib, tarix elmləri doktorudur. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstituttunda baş laborant, kiçik elmi işçi, Azərbaycan Dövlət Konservatoriyasında baş müəllim, EA Tarix İnstitutunda baş elmi işçi, aparıcı elmi işçi, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının humanitar siyasət şöbəsində böyük məsləhətçi, 1997-98 illərdə Azərb. Resp. Prezidenti Katibliyinin rəis müavini, Prezidentin köməkçisi işləyib. Dilarə Seyidzadə hazırda Azərbaycan Prezidenti Katibliyin rəisidir. O, 3 monoqrafiya, 30-dan çox elmi məqalənin müəllifidir.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: