Dərs ləvazimatları almağın vaxt çatdı
08 Sentyabr 2014 Bazar Ertəsi 08:39
Valideynlər və uşaqlar dərs ləvazimatları almaq üçün bazarlara üz tutub.
Yeni dərs ilinin başlanmasına düz bir həftə qalıb. Bazarlarda adam əlindən tərpənmək mümkün deyil. Valideynlər uşaqlarla birlikdə dərs ləvazimatları almaq üçün bazarlara üz tutub.
ANS TV-nin məlumatına görə, dərsliklər pulsuz olsa da, bu, valideynləri əlavə qayğılardan azad etməyib. Məsələn, balacalar üçün iş dəftərləri, böyüklər üçün adi dəftərlər, dərs vəsaitləri pulludur. Əvvəllər məktəb ləvazimatlarının hər biri daha sadə idi. İndi isə qiyməti və çeşidindən asılı olaraq bazarda istənilən məktəb ləvazimatını tapmaq olar. Satılan malın qiyməti əlbəttdə ki, keyfiyyətinə görə dəyişir.
"Bazarda məktəb ləvazimatlarının saxtası, eyni zamanda keyfiyyətli mallar da var. Bazarda əsasən Çin, Türkiyə və Rusiya istehsalı olan məhsullar satılır” – deyə satıcı qeyd edib.
Uşaqlarını məktəbə yola salan valideynlər övladlarının təlabatlarını ödəməklə yanaşı budcələrinə çox ziyan vurmamaq məqsədilə münasib alış-veriş mərkəzlərinə üz tuturlar. Məktəb ləvazımatlarının qiymətlərində o qədər də enmə müşahidə olunmur.
Məktəb çantalarının qiyməti ən aşağı 4 AZN-dən başlayaraq 100 AZN-ə qədər olur. Dəftərlər 5-40 qəpik arası, qələmləri 5-30 qəpik arası, pozan və xətkeşlərin qiyməti isə 5 qəpikdən başlayır. Qələmqabıları 30 qəpikdən 1AZN-ə kimi, uşaqlar üçün su qablarını 70 qəpikdən almaq olar. Rəsm dəftəri, 12 qəpikdən tutmuş 55 qəpiyə kimi olur.
Məktəbə uşağını yollayan valideynlərin xərcləri orta hesabla 120-350 AZN arası təşkil edir. Satıcılar alıcıların axının sentyabr ayının sonuna qədər davam edəcəyini deyirlər. Bu isə xərclərin hələ artacağını istisna etmir.
DOSTLARINLA PAYLAŞ: