Deputatlarımız hansı bahalı maşınları sürür?
11 May 2014 Bazar 23:21
Deputatlarımız hansı bahalı maşınları sürür? Onu da qeyd edək ki Milli Məclisin sıravi deputatların maaşı 1575 manatdır.
Məmur övladlarının, habelə idmançıların və incəsənət adamlarının bahalı maşınları ilə bağlı məlumatlar son zamanlar ölkə mətbuatının gündəmində əsas yeri tutur.

ANS PRESS-in Virtualaz.org-a istinadən məlumatına görə, müşahidələr zamanı məlum olub ki, deputatlar daha çox “Mercedes” markalı avtomobillərə üstünlük verir.

Məsələn, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov alman maşını həvəskarıdır. Deputatın 10 AS 601 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşınını sürücüsü idarə edir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də “Mercedes” markalı avtomobilə üstünlük verir. 90 MG 450 dövlət nömrə nişanlı avtomobil BAXCP sədrinin özünə məxsusdur, amma maşını sürücüsü idarə edir.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyevin maşını da “Mercedes”dir. Deputatın 90 GO 005 nömrəli avtomobilini sürücüsü idarə edir.

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, deputat Ülvi Quliyev də “Mercedes”də gəzən deputatlarımızdandır. Ü.Quliyevin maşının nömrəsi də həmkarı Adil Əliyevin maşının nömrəsi ilə eynidir - 10 OJ 005. Sadəcə seriya fərqi var. Onun da avtomobilini sürücüsü idarə edir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun avtomobili də alman malıdır, amma markası fərqlidir - “BMW”. Z.Əsgərovun 10 AA 403 dövlət nömrə nişanlı maşınını sürücüsü idarə edir.

“Mercedes” markalı avtomobil sürən deputatlarımızdan biri də Mirkazım Kazımovdur. Onun maşının nömrəsi 10 AH 934-dür.

İqtidaryönlü deputat Fuad Muradovun maşını 10 FM 705 dövlət nömrə nişanlı “Lexus” markalı CİP-dir. Nömrədəki FM seriyası deputatın ad və soyadının baş hərfləridir. F.Muradovun da sürücüsü var.

Qeyd edək ki, bu avtomobillərin qiyməti 80-100 min manat arasında dəyişir. Yada salaq ki, sıravi deputatların maaşı 1575 manatdır. Komitə sədrləri 1800 manat məvacib alır. Vitse-spiker 2025, spiker özü isə 2250 manat maaş alır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar