Deputatlar qəzet satışından danışdılar
03 Fevral 2014 Bazar Ertəsi 13:36
Bakı şəhərində qəzet satılan yerilərin sayı günü-gündən azalır.
"Qəzelərin yayımın dayandırılması çox narahatedici bir məsələdir". ANS PRESS-in verdiyi məlumata görə, bunu millət vəkili İqbal Ağazadə parlamentin bu günkü iclasında bildirib.
O, yerlərə göndərilən qəzetlərin sayının da azaldığını qeyd edib. "Bakı şəhərində qəzet satılan yerilərin sayı günü-gündən azalır. Nəticədə çap məhsulu olan qəzetlərin yayımına süni əngəllər törədilir. Bu hal cəmiyyətdə çox narahatlıq doğurur. İcra sturkturları və hüquqi şəxslər bu problemlərin həll edilməsinə kömək etməlidirlər".
Səyavuş Novuzov isə qəzet köşklərinin yığışdırlmasının şəhərdə aparılan abadlıq işləri ilə əlaqədar oldğunu söyləyib: O, problemin köşklərdə deyil, qəzetin məzmununda axtarılmalı olduğunu deyib. "Qəzetin içində maraqlı nə isə olsa insanlar həmin qəzeti tapıb alacaqlar".
DOSTLARINLA PAYLAŞ: