Milli Məclisin bir qrup deputatı aprelin 3-də Qazaxıstanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Astana şəhərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, millət vəkillərindən Fərhad Qəribov MDB Parlamentlərarası Assambleyasının, Rüstəm Xəlilov MDB İcraiyyə Komitəsinin, Aydın Mirzəzadə isə Türkdilli ölkələrin Parlamentlərarası Assambleyasının xətti ilə seçkinin müşahidəçilər missiyasına qatılacaqlar.
Səfər zamanı deputatlar bir sıra seçki məntəqələrində olacaq, seçicilərin fəallığını müşahidə edəcək, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar. Səfər aprelin 6-da başa çatacaq.
Deputatlar Astanaya gedir
Onlar Qazaxıtanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər




Şərhlər