Dənizkənarı Milli Parkdan fotoreportaj
01 May 2011 Bazar 13:36
Bulvarda yaşıllaşdırma işləri davam edir.
Bakı sakinləri və şəhərin qonaqları üçün ən maraqlı məkanlardan biri Dənizkənarı Milli Parkdır. Bura təşrif buyuranlar bir çox yeniliklərlə tanış ola bilərlər.
Yeni təmir-bərpa işləri başa çatan bulvara ərazisinə xarici ölkələrdən bir çox ağac növləri gətirilib. Baobab, Palma, Hantorreya və s. ağac növləri əsasən Avropadan gətirilir.
Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə bulvar ərazisində yaşıllaşdırma işlərinin davam etdiyini bildirdi: “Bulvar İdarəsi və Yaşıllaşdırma İdarəsinin rəhbərliyi tərəfindən müxtəlif ağac növləri axtarılır, seçilir. Əvvəlcə internet vasitəsilə bir çox xarici dövlətlərlə yazışmalar aparılır. Bizim iqlimə uyğun ağacların siyahısı bizə göndərilir. Biz də həmin ağacların böyümə şəraitinə, görkəminə, yaşlarına, vətəndaşlarımız üçün nə qədər maraq kəsb edə biləcəyinə və digər amillərə nəzər salırıq. Sonra əməkdaşlarımız həmin ölkəyə ezam olunur və həmin ağac növü xüsusi üsulla Azərbaycana gətirilir”.
Bundan başqa, bulvar ərazisinə yeni, maraqlı atraksionlar gətirilib. Nazim Məcidov Bulvar ərazisinə yeni atraksionların gətirilməsi, əyləncə mərkəzlərinin yaradılması istiqamətində işlər davam etdirilir.
ANS PRESS olaraq bu yeniliklərdən fotoreportaj hazırlayıb sizə təqdim edirik. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: