Bu ilin 9 ayında nəqliyyat müəssisələrində çalışan muzdlu işçilərin sayı 68,6 min nəfər təşkil edib. Onların 82,7 faizi dövlət müəssisələrində, 17,3 faizi özəl bölmədə işləyir. İşçilərin 59,9 faizi quru yol, 13,6 faizi dəniz, 12,8 faizi hava nəqliyyatı və 13,7 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşiblər.
Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ötən ilin 9 ayı ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 22,5 faiz artaraq 361,6 manat olub. Bu göstərici hava nəqliyyatında 707,0 manat, dəniz nəqliyyatında 497,7 manat, avtomobil nəqliyyatında 364,9 manat, dəmir yolu nəqliyyatında isə 187,3 manat təşkil edib.
Əmək haqqının artımı dəniz nəqliyyatında 12,5 faiz, avtomobil nəqliyyatında 25,1 faiz, dəmir yolu nəqliyyatında 13,0 faiz səviyyəsində olub.
Rabitə müəssisələrində işləyənlərin isə sayı 1,1 faiz çoxalaraq 23,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 16,6 faiz artaraq 433,2 manat olub.
ANSPRESS