Ölkə

Dəmir yolunda bilet qıtlığı yaranıb

“Azərbaycan Dəmir Yolları” QSC vəziyyətdən sərnişin axını daha çox olan istiqamətlərə əlavə vaqonlar qoşmaqla çıxmağa çalışır

· Xəbərçi
Dəmir yolunda bilet qıtlığı yaranıb
Bayram və istirahət günlərində ölkə ərazisində sərnişin axınının artması ilə əlaqədar Bakı dəmir yolu vağzalı gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyat Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bayram və istirahət günlərində bütövlükdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi gücləndirilmiş rejimdə çalışacaq.

Qatarlara biletlər 10 gün əvvəldən satıldığı üçün son günlərdə bəzi istiqamətlərə bilet qıtlığı müşahidə olunur. Bu problemi aradan qaldırmaq üçün bayram günlərində sərnişin axını daha çox olan istiqamətlərə əlavə vaqonlar qoşulacaq. ANSPRESS

Şərhlər