Daxili İşlər Nazirliyinin idarə rəisi işdən çıxarıldı
24 İyun 2011 Cümə 11:58
Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.
Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqat idarəsinin rəisi, polis polkovniki Zöhrab Qəndilov tutduğu vəzifədən azad olunub. DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov faktı təsdiq edib. Nazirlik rəsmisi bildirib ki, Z.Qəndilov uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Ona görə də xəstəliyi ilə əlaqədar öz xidməti fəaliyyətini normal davam etdirə bilməməsi ilə əlaqədar nazir Ramil Usubova təqaüdə göndərilməsi ilə bağlı təqrir yazıb.

Z.Qəndilov 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda" medalı ilə təltif edilib. Onu da əlavə edə ki, Z.Qəndilov Prezident yanında Dövlət İdarəçilik Akademiyasının keçmiş rektoru, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Seyfəddin Qəndilovun oğludur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar