Daha bir televiziya fəsli: İndi də özünüzə yaxşı baxın!
04 İyul 2011 Bazar Ertəsi 00:03
Hesabatın televiziya mövsümündəki son buraxılışı.
Mövsümün hesabatını mən “Wikileaks”in dünyaya gətirdiyi yeni mənzərədən başlamalı oldum. “Wikileaks” saytının sahibi Culiyan Assancın dünyanın sözün məcazi mənasında altını üstünə çevirməsindən sonra demək olar ki, bütün dövlətlər birinə başqa gözlə baxmağa başladı. İlk baxışdan bu hadisə guya söz azadlığının təntənəsi idisə əslində internetin nəyə qadir olduğunun nümayişi idi və uzaq mənzilli niyyətlərdən xəbər verirdi. Dünyanın ən qüdrətli və mükəmməl dövləti olan Amerika Birləşmiş Ştatları sübut etdi ki, o bir neçə min dollar xərcləməklə müharibəyə başlaya və onu eyni zamanda dünyanın hər bir dövlətində, panetin hər bir sakininin evində müharibəya başlaya və qalib gələ bilər. Bu həm də anons idi. Bir qədər sonra başlanan Ərəb İnqilablarının əsasının qoyulduğu Tunis başlanğıcı elə “Wikileaks”də dərc olunan məqəlayə gedib çıxırdı. Ölkə rəhbərinin xalqdan gizlətdiyi məlumatlar və sərvət xalqın qəzəbini daşdırdı. Tunis ardınca Misiri, Yəməni, Liviyanı, Suriyanı dartdı və bu proses hələ ki, sakitləşmir.

Cəmiyyətdəki daşqınlara təbiət sanki öz dəstəyini verdi və güclü zəlzələ Yaponiyanı titrətdi. Zəlzələdən sonra qalxan sunami qarşısına çıxanı kibript qutusu kimi ağuşuna aldı. İnsanlar miniqiyamətin şahidi oldular. 15 mindən artıq insan dəli suların altında qaldı. Yaponiya bir anda milyardlarda dollar itirdi. Sunaminin laxlatdığı nüvə reaktorlarından sızan radioaktiv maddələr isə dünyanı öz inkişafını yalnız elmin və insanların ixtiyarına buraxmaqda daha ehtiyatlı olmağa çağırdı. Bu miniqiyamət daha bir qiyamətin üstünü açdı. Ürəyimizdə dedik: bu yaponlar necə qiyamət insanlarmış… Onların ən dəhşətli vaxtda belə öz soyuqqanlığını itirməməsi, başını aşağı salaraq insan kimi öz üzərinə düşən vəzifələri panikasız yerinə yetirməsi heyrətamiz idi. İmperatorun adi insana təzim etdiyi bu ölkədə ucalıq təbi idi. Yaponiya özü boyda səcdəgaha çevrildi.

Azərbaycan isə öz sakit həyatını yaşadı, dövlət inşaat işlərinin qızğın dövrünü yaşadıq. Prezident İlham Əliyev Azərbaycanda korrupsiya və rüşvətə qarşı bu gün də davam edən yuxarıdan hərəkata start verdi. Bir yumurtadan başlanan proses sonda ortaya əbədi sualın yeni versiyasını çıxardı. Toyuq yoxsa yumurta. Məlum oldu ki, günah heç də həmişə yumurtada deyil. Prezident ərəb inqilablarına rəvac verən internetdən, sosial şəbəkələrdən başqa şəkildə bəhrələndi. O cəmiyyətə rüşvət və digər neqativ hallarla rastlaşdıqları halda xüsusi sayta və onun şəxsi saytına müraciət etmələrini xahiş etdi.

Erməni saytlarının Xanəkndi aerorportunun mayın 8-nədə açılacağı barədə məlumatları və bu hava limanının təmirdən sonrakı təsvirlərini ineternetdə yerləşdirməsi Azərbaycanı həyəcanlandırdı. Bakının ciddi müqaviməti bu hava limanının açılışının qabağını aldı. Hətta Sarqsyanın “mən bu hava limanına Ermənistandan uçan təyyarənin birinci sərnişini olacağam!” bəyanatı da bir işə yaramadı.

Bu həm də o vaxt idi ki, ANS ölkənin yeganə mediya strukturu kimi Liviyada, Misirdə, Suriyada baş verən qaynar hadisələri birbaşa işıqlandırmaq üçün bu nöqtələrə yollandı. ANS-in rəhbəri Vahid Mustafayev xüsusi müxbir kimi Liviya və Misirdən birbaşa çıxaşlarında inqilabın doğurduğu radikal və əksər hallarda nəzarətolunmaz prosesləri göstərdi. NATO qüvvələri və Liviya lideri Qəddafnin açıq döyüşünü işıqlandıran reportyor Vahid Mustiafayev Azərbaycan tamaşaçısını dəqiq qərəzsiz və vicdanlı informasiya ilə təmin etmək missiyasını peşəkarcasına yerinə yetirdi.

Qurani-Kərimin yandırılması akisyası ilə müsəlmanların lənətini qazanan Amerikalı keşiş də bu mövsümə öz adını iri qara hərflərlə yazdı. Onun hərəkətini təkcə musəlmanlar yox, elə xristanlar da pislədilər, müqəddəs kitaba qıyılması bir sıra müsəlman ölkələrində qəzəb seli axıtdı.

Azərbaycanda isə həmin vaxtlarda ulduzlar yandırırdı. Bir neçə yeniyetmə oğlan Azərbaycanın Xalq Artisti Aygün Kazımovanın qızhı İlqarənin icazəsiz çəkilmiş və o qədər də ədəbli olmayan təsvirlərini sosial şəbəkələrə çıxardılar. “Wikileaks” effetki verməsə də, Azərbaycanda da anladılar ki, əlyazmaları kimi kamera, telefon, videoyazmaları da yanmır və hər kəs öz keçmişini daşıyır. Kölgələr heç də günortalar yox olmur. Onlar həmişə var. Sadəcə işıqın yanamasını gözləyirlər.

Sosial şəbəkələrdən Misir və Tunisvari istifadə etmək istəyənlərin təşəbbüsü də uğurlu alınmadı. Müxalifətin bəzi qruplarının etiraz aksiyalrı keçirmək cəhdləri onlara uğur gətirmədi. O da məlum oldu ki, inqilabğ uşaq işi deyil.

Anar Məmmədxanovun vəfatı isə uşaqdan böyüyə hamını heyrət içində saxladı. Ölkənin ən şən və hazırcavab insanın bu boyda zarafatını heç Kim gözləmirdi. Hamını əla güldürməyi bacaran Anar hamını eyni məharətlə ağlatmağı da bacardı.

Ən gözlənilməz rejissorumuz Vaqif İbrahimoğlunu da bu mövsüm itirdik. Həmişə teatr mövsümünün açılışını səbirsizliklə gözləyən Vaqifin son tamaşası planlaşdırldığı kimi öz dəfni oldu. O elə belə də demişdi: mən öz dəfnimi tamaşaya qoymaq istəyirəm.

Azərbaycanın Avroviziyadakı uğurun ona qədər və ondan sonra olan bütün itkilərimizi bir müddətliynə unutdurdu. Eldar və Nigar cütlüyünün Almaniyadan qələbə ilə dönüşü Bakını həm sevindirdi, həm də əməlli başlı işə saldı. Amma xoş işə. Qürur dolusu işə. Heydər Əliyev Fondunun himayəsi və təşkilatçılığı İctimai Televiziyanın bu layhiəsinin Azərbaycan uğurunu da proqnozlaşhdırmağa əsas verir.

Birləşmiş Ştatların Pakistanın sözün həqiqi mənasında başı üzərindən Ben Ladenin öldürülməsi ilə bağlı keçirdiyi hava əməliyyatı isə özündə yaranışın bütün elementlərini daşıdı. Havadan hücum oldu, torpaqda qətlə yetirildi. Suda isə dəfn olundu. Ben Laden nağılı bitdi.

Tiflisin- qərargahı Bakıda yerələşən Qafqaz müsəlmanları idarəsindən Gürcüstan müsəlmanlarını ayırmaq cəhdini də sizinlə birlikdə izlədik. Doğrudur, Qafqaz müsəlmanlarının böyük əksəriyyəti hələlik Bakını mərkəz hesab edir, amma ekspertlər bu gün də vəziyyətin inkişafını müsbət proqnozlaşdırmağa ehtiyat edirlər.

Qarabağ mövzusu bu mövsüm də əsas xəbərimiz və mübtədamız olaraq qaldı. Kazan şəhərində Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin keçirdiyi son görüş Qarabağsız başa çatdı. Necə ceyərlər heç nə Kazanmadıq.

Və Azərbaycan silahlı qüvvələrinin Azadlıq meydanında keçirdiyi parad buna məntiqi cavab oldu. Azərbaycan dövləti Azadlıq adlandırdığı baş meydanda öz gücünü nümayiş etdirdi. Güc göstərildi. Qalır iş. İş isə nəticəsi olan gücə deyilir. Fizikada bu qanundur. ANSPRESS



Mir Şahin


DOSTLARINLA PAYLAŞ:

oyunlar