Daha bir neft quyusu istismara verildi
27 Fevral 2014 Cümə Axşamı 15:38
Quyu Fasilə Lay Dəstəsindən sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
“Neft Daşları” yatağındakı 2183 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib. Dövlət Neft Şirkətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da geoloji-texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

İstehsalın səmərəliliyinin yüksəldilməsi məqsədilə yatağın işlənilməsini həyata keçirən “Neft Daşları” NQÇİ-də mühüm tədbirlər həyata keçirilir. Bu günlərdə “Neft Daşları” yatağındakı 2182 nömrəli meydançadan 2183 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib.

Quyu Fasilə Lay Dəstəsindən sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar