Daha 7 nəfər qızıl külçə sahibi oldu
17 Fevral 2010 Çərşənbə 11:50
“Bank Respublika” əmanətçiləri arasında uduş kampaniyasının növbəti tirajının qalibləri müəyyən edilib
“Bank Respublika” əmanətçiləri arasında uduş kampaniyasının dünən keçirilmiş növbəti tirajında 7 qızıl külçələrin sahibləri müəyyən olundu. Külçələr 2009-cu ilin sentyabr ayından başlayan kampaniya çərçivəsində oynanılıb.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kampaniyanın qaydalarına əsasən hər ay hər biri 20 qram olmaqla 2 ədəd və hər biri 10 qram olmaqla 5 ədəd qızıl külçələr oynanılır. Kampaniyada oynanılan bütün külçələr ən yüksək 999,9 əyar olmaqla Rusiya istehsalıdır. Kampaniyanın əsas hədiyyəsi “Mazda3” avtomobili isə 15 mart 2010-cu il tarixində oynanılacaq.
Kampaniyada ən azı 12 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edir. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmirlər.
Kampaniyanın əvvəlindən etibarən bankın 42 əmanətçisi qızıl külçə sahibləri olub.
“Bank Respublika”nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə “MasterCard” və “VISA” kartlarını əldə edə, “Home Banking” və “MobilBank” xidmətinə pulsuz qoşula, bank seyfindən pulsuz istifadə edə, bankın hesabına səyahət və tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər. Bank əmanətin məbləğinə dair heç bir məhdudiyyət qoymur və müştərilərə əmanətin şərtlərini seçmək imkanı verir.
Qeyd edək ki, “Bank Respublika” “Əmanətlərin sığortalanması haqqında” qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: