Ölkə

Daha 30 dini icmaya şəhadətnamə verildi

DQDK yaxın iki ayda qeydiyyat prosesini yekunlaşdırmaq niyyətindədir

· Xəbərçi
Daha 30 dini icmaya şəhadətnamə verildi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) daha 30 dini icmaya qeydiyyatdan keçmək haqqında şəhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim edib. DQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şəhadətnamələri komitə sədri Hidayət Orucov təqdim edib.

H. Oricov bildirib ki, mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilənə qədər Dövlət Komitəsində cəmi 532 dini icma qeydiyyatdan keçib, yerdə qalan dini qurumlar qeydiyyatsız fəaliyyət göstərib. Hazırda isə
dövlət qeydiyyatına alınmaq üçün 800-ə yaxın dini qurumun sənədləri Dövlət Komitəsinə daxil olub. Onlardan 252-si artıq dövlət qeydiyyatına alınıb.

"Nəzərdə tutmuşuq ki, yaxın iki ayda qeydiyyat prosesini yekunlaşdıraq”, deyə H. Orucov bildirib. ANSPRESS

Şərhlər