Müdafiə Nazirliyinin əlavə olaraq daha 200 nəfərlik əsgər və zabit heyəti Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarını aradan qaldırılması işinə cəlb olunub. Bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə açıqlamasında bildirilir.
Beləliklə, hazırda general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi 1200 nəfərlik hərbi qüvvə bölgədə problemlərin aradan qaldırılmasında bilavasitə iştirak edir. ANSPRESS
Daha 200 nəfər əsgər və zabit fəlakət zonasına cəlb olunub
Onlar təbii fəlakətin fəsadlarının aradan qaldırılması işində iştirak edəcək.




Şərhlər