Ölkə

Dağlıq Qarabağ münaqişəsi bu gün Vaşinqtonda müzakirə olunacaq

Uilyam Börns ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşəcək

· Xəbərçi
Dağlıq Qarabağ münaqişəsi bu gün Vaşinqtonda müzakirə olunacaq
Dağlıq Qarabağ münaqişəsi bu gün Vaşinqtonda müzakirə olunacaq. Birləşmiş Ştatların dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börns ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradke, İqor Popov və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşəcək. Görüşdə həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında atdıqları son və planlaşdırılan addımları müzakirə olunacaq. Məlumata görə, Börns Birləşmiş Ştatların Minsk qrupunun həmsədri kimi, tərəflərə münaqişənin sülhlə və əsaslı nizamlanmasında yardım etmək niyyətini bir daha təsdiq edəcək.

Şərhlər