Dağıstanda saxlanılan müsavatçılar Bakıda
11 Mart 2014 Çərşənbə Axşamı 10:00
Ukraynaya gedərkən Dağıstanda saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavinləri Arif Hacılı və Gülağa Aslanlı artıq Bakıya qayıdıblar.
Bu barədə ANS PRESS-ə açıqlamasında Gülağa Aslanlı məlumat verib.

G.Aslanlı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala saxlanmaları ilə bağlı Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirəcəklərini deyib. O, qeyd edib ki, Dağıstanda saxlanmalarının bütün səbəbləri mətbuat konfransında açıqlanacaq.

Xatırladaq ki, ötən gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı və Gülağa Aslanlının Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılmaları barədə məlumat yayılmışdı. Martın 9-da axşam Arif Hacılı Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüblərmiş.


DOSTLARINLA PAYLAŞ:

oyunlar