Dağ çaylarında daşqın və sel ola bilər
21 Aprel 2011 Cümə Axşamı 17:17
Kür çayının yuxarı axınında suyun səviyyəsinin artacağı gözlənilir.
Kür çayında suyun səviyyəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Kür çayının Gürcüstan ərazisindəki Tiflis məntəqəsində suyun səviyyəsi son 2 gün ərzində 108 sm, Ağstafa rayonundakı Qıraqkəsəmən məntəqəsində 31 sm artıb.

Nazirliyin saytında yerləşdirilən məlumata görə, suyun Kür çayının Tiflis məntəqəsindən Qıraqkəsəmən məntəqəsinə qədər gəlib çatma müddətini, eyni zamanda aprelin 24-dək arabir intensivləşəcək yağışları nəzərə alaraq, Kür çayının yuxarı axınında suyun səviyyəsinin bir qədər artımı gözlənilir.

Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar respublikanın dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar