Culfa serhed keçid menteqesi de açılıb
16 Noyabr 2013 Şənbə 11:41
İran terefinden gömrük işçilerinin sayı artırılmaqla yanaşı, serhedi keçme müddeti de uzadılıb.
İranla Azerbaycan arasında Culfa serhed-keçid menteqesi bu gün seher açılıb. Bu barede APA-ya açıqlamasında İranın Azerbaycandakı sefiri Möhsün Pak Ayın bildirib.
Diplomatın sözlerine göre hazırda İrana yolana vetendaşlar üçün heç bir problem yoxdur, hem Culfa hem de Bilesuvar keçid menteqeleri açıqdır, sernişin avtomobilleri ve yük maşınları üçün keçid imkanı yaranıb.
Sefirin sözlerine göre, İran terefinden gömrük işçilerinin sayı artırılmaqla yanaşı, serhedi keçme müddeti de uzadılıb ki, tıxac yaranmasın.
Qeyd edek ki, noyabrın 8-de İranın Azerbaycandakı sefirliyi Bilesuvar ve Culfa serhed-keçid menteqelerinin bağlanması ile bağlı beyanat yayıb. Sefirliyinin metbuat xidmetinin rehberi Mehemmed Ayetullahinin adından yayılan beyanatda bildirilir ki, bu addıma sebeb Azerbaycan serhedçilerinin noyabrın 6-da Poldeşt-Şahtaxtı serhed-keçid menteqesini bağlamasıdır.
Seyid Mehemmed Ayetullahi bildirib ki, İran iki gün gözledikden sonra serhed-keçid menteqesi açılmadığı üçün Azerbaycan terefini qabaqcadan melumatlandıraraq, Bilesuvar ve Culfa serhed-keçid menteqelerini bağlayıb.
Bir neçe günden sonra bağlanan serhed-keçid menteqelerde piyadalar üçün qoyulan mehdudiyyet aradan qaldırılsa da, avtomobiller serhedden buraxılmırdı.
Bilesuvar serhed-keçid menteqesi ise dünen günortadan sonra açılıb.
DOSTLARINLA PAYLAŞ: