CNN Azərbaycandan növbəti reportaj yayımlayır
29 Mart 2011 Çərşənbə Axşamı 18:18
ANS Teleziyasının jurnalisti Sevinc Osmanqızı Qğuz-Qəbələ-Bakı su kəməri boyunca səyahət edərək, layihəni təhlil edib
Bu günlər dünyanın xəbər liderlərindən olan CNN telekanalı Azərbaycandan növbəti reportaj yayımlayır. 4 il davam edən inşa işlərindən sonra Azərbaycan çox mühüm bir yeni su kəmərini istifadəyə verib. Bu kəmər Qafqaz dağlarından axan təmiz içməli suyu təqribən 262 km məsafədə yerləşən və yüz illərlərlə su qıtlığlndan əziyyət çəkən Bakıya nəql edir. ANS Teleziyasının jurnalisti Sevinc Osmanqızı Qğuz-Qəbələ-Bakı su kəməri boyunca səyahət edərək, layihəni təhlil edib.
Yasamal – paytaxtın yenicə istifadəyə verilmiş su kəmərindən birbaşa faydalanan 5 rayon ərazisindən biridir. Yasamal sakini Elmira Hənifəyeva deyir ki, bu kəmərin inşasından əvvəl gündə cəmi 8-10 saat su alırdı, indi isə su fasiləsiz təmin olunur.
Abşeron yarımadasında yerləşən paytaxt Bakı şəhəri ənənəvi olaraq, içməli su qıtlığından əziyyət çəkib. Bakıda su ən gəlirli biznes sahələrindən biri olub. Su təmiz olmasa da, bahalı olub. Buna görə də suyu kənardan idxal etmək tələb olunub. Bakını su ilə təmin edən ilk belə kəmər Sovet dövründən əvvəl tikilb. Bu kəmər Bakını Qafqaz ətəklərindən, Şollar bulağından axan su ilə təmin edib. 19-cu əsrin əvvəllərində inşa olunan Şollar kəməri təxminən 1 əsr sonra Oğuz-Qəbələ-Bakı layihəsinin istismara verilməsinədək paytaxt sakinlərinin ən etibatrlı içməli su mənbələrindən biri olub.
Oğuz-Qəbələ-Bakı su kəmərinin baş mühəndisi işləmiş Məmmədrəsul İlyasov deyir ki, bu kəmərin heç bir nasosa ehtiyacı yoxdur, belə ki su öz axını ilə cərəyan edir.
Oğuz-Qəbələ-Bakı təşəbbüsü ilk dəfə hələ 1970-ci illərdə irəli sürülüb. Lakin maliyyə problemi ilə bağlı bu layihə reallaşmayıb. Azərbaycanın artan neft gəlirləri layihənin yenidən gündəmə gəlməsinə imkan yaradıb. Oğuz-Qəbələ-Bakı kəmərinin bütünlüklə Dövlət Neft Fondundan maliyyələşdirilməsi neft gəlirlərinin mühüm sosial layihələrin icrasına sərf olunduğunun rəmzi nümunəsidir. Bir çoxlarının Bakı-Tbilisi-Ceyhan kəmərindən sonra Azərbaycan üçün “ən səmərəli layihə” adlandırdığı bu kəmərin nəticəsini Bakıda fasiləsiz su ilə təmin olunan yüzlərlə ailə hiss etməkdədir.
Bakının ənənəvi su problemi və Oğuz-Qəbələ-Bakı su kəməri barədə reportaj CNN telekanalının “World View” verilişində 3 gün ərzində yayımlanıb.
DOSTLARINLA PAYLAŞ: