Ölkə

Çingiz Mustafayev - Ölümündən 24 saat əvvəl

Xocalı faciəsinin şahidi olan hərbi pilot mayor Leonid Kravets şahid olduğu şok hadisələri ANS TV tamaşaçıları üçün açıqlayacaq.

· Xəbərçi
Çingiz Mustafayev - Ölümündən 24 saat əvvəl
ANS TV-nin növbəti “Ölümdən 24 saat əvvəl” verilişi Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevə həsr olunur. Bu gün nümayiş olunacaq verilişdə onun ölümündən 24 saat əvvəlki dəqiqələri əks olunacaq və ən maraqlı kadrlar tamaşaçıların diqqətinə çatdırılacaq.

Xocalı faciəsini lentə alan Çingiz Mustafayevin yanında olan hərbi vertolyotun pilotu, hazırda Ukraynada yaşayan mayor Leonid Kravets şahid olduğu şok hadisələri ANS TV tamaşaçıları üçün açıqlayacaq.

Bundan başqa ANS TV-nin vitse-prezidenti Mirşahin Ağayev də verilişin tele-anonsunda Çingiz Mustafayevin ölümü barədə 18 ildir heç bir yerdə danışmadığı şok məlumatlar açıqladığını bildirir.

Milli Qəhrəmanı Çingiz Mustafayevə həsr olunan “Ölümdən 24 saat əvvəl” verilişi bu axşam saat 20.15-də İradə İsaqın təqdimatında ANS TV tamaşaçılarının diqqətinə çatdırılacaq.

Cümə axşamı günü saat 20.15-də proqramın təkrarı nümayiş olunacaq. ANSPRESS

Şərhlər