Ölkə

Çingiz Abdullayev öz sirrini açdı

Azərbaycan-Almaniya oyununa bilet alan yazıçı Çingiz Abdullayev rəqib komandanın fanatı olduğunu açıqlayıb.

· Xəbərçi
Çingiz Abdullayev öz sirrini açdı
“Sevinirəm ki, Azərbaycan millisi Almaniya kimi komanda ilə qarşılaşacaq. Çox istərdim ki, yığmamız bu oyunda qalib gəlsin”. ANS PRESS-in məlumatına görə, bu sözləri tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev azakeşlərə müraciətində deyib. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də keçiriləcək Azərbaycan - Almaniya oyununa bilet alan yazıçı Almaniya komandasının fanatı olduğunu da gizlətməyib.

“Sizə bir sirr açım: Mən 3 dəfə dünya çempionu olmuş Almaniya yığmasının azarkeşiyəm. Lakin bu qarşılaşmada təbii ki, Azərbaycan millisini dəstəkləyəcəm. Azarkeşlərə müraciət edərək onları Azərbaycan – Almaniya oyununa stadionda baxmağa və millimizi qələbəyə ruhlandırmağa səsləyirəm”, - deyə o vurğulayıb. ANSPRESS

Şərhlər