11180 cinayətin 86 faizinin üstü açılıb
07 Avqust 2009 Cümə 20:55
11180 cinayətin 86 faizinin üstü açılıb. Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib.

Bu gün Azərbaycan Baş Prokurorluğunda prokurorluq orqanlarında 2009-cu ilin birinci yarısında görülmüş işlərin vəziyyəti, həmçinin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Əməliyyat müşavirəsində çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, 2009-cu ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə, məhkəmə və ədliyyə orqanları ilə birgə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa, o cümlədən, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə bir sıra tədbirlər görülüb.

Digər hüquq mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyətin nəticəsində 2009-cu ilin birinci yarımilində əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış qəsdən adam öldürmə, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, dələduzluq, quldurluq, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 11180 cinayətin təxminən 86 faizinin açılması təmin edilib.

Korrupsiya cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunub. Bu sahədə ixtisaslaşdırılmış qurum olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2009-cu ilin birinci yarımilində rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 99 şəxs barəsində 55 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Vətəndaş müraciətlərinə baxılması sahəsində yeni informasiya texnologiyalarının tətbiqi və tam yeni məzmunlu normativ hüquqi bazanın formalaşdırılması, “Qaynar xətt” əlaqə mərkəzi və “Azərbaycan Prokurorluğunun veb saytı” vasitəsilə baş prokurorluğun rəhbərliyinə birbaşa müraciət etmək imkanlarının yaradılması kimi tədbirlər öz müsbət nəticələrini verib.

Məlumatda bildirilib ki, “Qaynar xətt” əlaqə mərkəzinin yaradıldığı 2005-ci ildə vətəndaşlardan 860 müraciət daxil olduğu halda, hesabat dövründə bu göstəricinin 38-ə qədər azalması vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin təşkili sahəsində həyata keçirilən islahatların səmərəliliyinin əyani sübutudur.

2009-cu ildə 60 ştat vahidi üzrə elan edilmiş prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində, şəffaf prosedurlarla, hökumət və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə Baş Prokurorluğun Müsabiqə komissiyasına və əlaqədar struktur qurumlara müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində bu il verilmiş Amnistiya Aktının icrası ilə əlaqədar Baş Prokurorluq üzrə müvafiq əmrin tələblərinin yerinə yetirilməsi istiqamətində prokurorluq orqanları tərəfindən görülən işlər müsbət qiymətləndirilməklə, bu sahədə fərqlənən əməkdaşların əməyinin qiymətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədəmüvafiq hesab edilib.

Əməliyyat müşavirəsində cinayətkarlığa qarşı mübarizədə əldə edilmiş uğurlarla yanaşı, bu sahədə mövcud olan mənfi təzahürlərin aradan qaldırılması, artım tendensiyası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçiriləcək qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinin zəruriliyi vurğulanıb.

Müşavirədə nəzərə çatdırılıb ki, birinci yarımildə prokurorluq orqanlarının gördükləri işlərin vəziyyəti baş prokurorunun müavinlərinin, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi, tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Sabirabad, Şamaxı, Cəlilabad və Ağcabədi rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində müzakirə olunub.

Diqqətə çatdırılıb ki, hesabat dövründə müxtəlif pozuntulara və qanunsuzluqlara yol verən 23 prokurorluq əməkdaşı intizam qaydasında cəzalandırılıb, 2 əməkdaş isə prokurorluq orqanlarından xaric edilib. Bölgə müşavirələrində yerli prokurorluq orqanlarındanxidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün zəruri tədbirlərin görülməsi tələb edilib.

2009-cu ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirə nəticələri barədə baş prokurorun birinci müavini Rüstəm Usubov ətraflı məlumat verib. Müşavirədə Baş Prokurorluğun Kollegiya üzvləri - Təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənov, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov çıxış ediblər. /APA/

DOSTLARINLA PAYLAŞ:

oyunlar