Çinarlı mehmanxanasının fəaliyyəti dayandırıldı
05 May 2014 Bazar Ertəsi 17:23
Son bir ayda 6 mehmanxanaya mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq verilib.
Azərbaycanda daha bir mehmanxananın fəaliyyəti dayandırılıb.

ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fiziki şəxs Nuriyev Rafiq Haqverdi oğluna məxsus "Çinarlı" mehmanxanası üçün mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş lisenziyanın fəaliyyəti ölkə başçısının müvafiq fərmanına əsasən dayandırılıb.

Bununla yanaşı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprel ayı ərzində bir sıra mehmanxanalara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib:

1. Fiziki şəxs Məmmədov Fuad Bayram oğluna (hüquqi ünvanı: Sumqayıt şəhəri, məhəllə 26, ev 68/38, mənzil 34; 11.04.2014-cü il tarixli, qeydiyyat nömrəsi 510; seriya №-si 079727; faktiki ünvan: "Clear" mehmanxanası, Bakı şəhəri, Dərnəgül qəsəbəsi, C. Xəndan küçəsi, 108).
2. Fiziki şəxs Dadaşov Azər Yaşar oğluna (hüquqi ünvanı: Bakı şəhəri, Qızıldaş qəsəbəsi, 20 saylı yataqxana; 22.04.2014-cü il tarixlı, qeydiyyat nömrəsi 511; seriya №-si 079728; faktiki ünvan: "Qızıldaş" istirahət mərkəzi, Şamaxı rayonu, Avaxıl kəndi).
3. "Təbriz-H" fərdi kiçik müəssisəsinə (hüquqi ünvanı: Lənkəran şəhəri, M. Nəsirli küçəsi, ev 32; 30.04.2014-cü il tarixlı, qeydiyyat nömrəsi 512; seriya №-si 079729; faktiki ünvan: "Bəşəru" istirahət mərkəzi, Lənkəran rayonu, Rvo kəndi).
4. "Şəki Olimpik" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Şəki şəhəri, Salman Mumtaz, ev 1; 21.04.2014-cü il tarixlı, qeydiyyat nömrəsi 513; seriya №-si 079730; faktiki ünvan: "Şəki Olimpiya İdman Kompleksi" mehmanxanası, Şəki şəhəri, Salman Mumtaz, ev 1).
5. Fiziki şəxs Əsədzadə Elnur İntiqam oğluna (hüquqi ünvanı: Lerik rayonu, Gürdəsər kəndi; 24.04.2014-cü il tarixlı, qeydiyyat nömrəsi 514; seriya №-si 079731; faktiki ünvan: "Həyat" istirahət mərkəzi, Lerik rayonu, Lənkəran - Lerik yolunun 32-ci km).
6. Fiziki şəxs Yusuf-zadə Nadejda Aleksandrovnaya (hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 79, mənzil 63; 30.04.2014-cü il tarixlı, qeydiyyat nömrəsi 515; seriya №-si 079732; faktiki ünvan: "King Palace" mehmanxanası, Bakı şəhəri, Səbail rayonu, M. Maqomayev küçəsi, 56/37).


DOSTLARINLA PAYLAŞ:

oyunlar