Cəriməni 3 günə ödə, 10 faiz endirim qazan
12 Avqust 2011 Cümə 16:59
Yol hərəkəti qaydalarını pozan sürücülər cərimələri “DəmirBank”ın filiallarında ödəyə bilər.
“DəmirBank”ın bütün filial və şöbələrində, eləcə də 149 Telefon Məlumat Mərkəzinə zəng vurmaqla, yol hərəkəti qaydalarının pozulması üzrə cərimələrin ödənişlərini həyata keçirmək mümkündür. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yol hərəkəti qaydaları pozulması üzrə cərimələr Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vasitəsi ilə ödənilir. Bu sistemdə abunəçinin şifrəsini sürücülük vəsiqəsinin seriyası və nömrəsi əvəz edir. Dövlət Yol Polisi əməkdaşının tərtib etdiyi protokolun nömrəsi isə ödəniləcək invoysun nömrəsidir.
“DəmirBank”da ödənişlər edən zaman mövcud olan qaydalara riayət olunur. Bələ ki, cəriməni ilk 3 gün ərzində ödəyərkən sürücüyə cərimə məbləğindən 10 faiz endirim edilir. İnvoysda göstərilən bitmə tarixindən 3 gün keçdikdən sonra məbləğə müvafiq cərimələr əlavə olunur.
Qeyd edək ki, hazırda “DəmirBank”ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə ölkənin digər şəhərlərində yerləşir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: