“Çelsi” Premyer-liqanın şəriksiz liderinə çevrildi
17 Dekabr 2009 Cümə Axşamı 02:55
“Arsenal” isə səfərdə “Bernli”yə qalib gələ bilməyib
İngiltərə Premyer-liqasında Londonun “Arsenal” klubu səfərdə “Bernli” ilə qarşılaşıb və qalib gələ bilməyib. Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Qarşılaşmanın 11-ci dəqiqəsində hesabı “Arsenal”ın yarımmüdafiəçisi Sesk Fabreqas açıb. Amma elə ilk hissədəcə meyda sahibləri Qrem Aleksanderin qolu ilə hesabı bərabərləşdiriblər.

Londonun digər klubu “Çelsi” isə “Portmund” üzərində qələbə ilə Premyer-liqanın şəriksiz liderinə çevrilib. Portsmutda keçirilən oyun “Çelsi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların qollarını Nikolya Anelka (23-cü dəqiqə) və Frenk Lempard (79-cu dəqiqə, 11 metrlik cərimə zərbəsi) vurub.

17 oyundan sonra “Çelsi”nin 40, onun ən yaxın izləyicisi “Mançestr Yunayted”in isə 37 xalı var.

Ötən gün keçirilmiş digər oyunların nəticələri:

“Liverpul” - “Uiqan” 2:1,
“Tottenhem” - “Mançester Siti” 3:0 ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar