Cəlilabadda üzüm yığımına start verilib
10 Avqust 2011 Çərşənbə 11:58
Bu il rayonda 7 min ton məhsul toplanacağı gözlənilir
Cəlilabadda üzüm yığımı prosesinə start verilib. Məhsulun bol olacağı gözlənilir. Rayon İcra Hakimiyyətində aqrar məsələlər uzrə muavin Nazim Səlimov ANS-ə bildirib ki, bu il rayonda 7 min ton məhsul toplanacağı gözlənilir.
“Bu, məhsuldar bağların genişlənməsi hesabına baş verəcək. Hazırda rayonda 1177 hektar uzum bağı mövcuddur ki, onun da 800 hektarı məhsuldardır. Qeyd edək ki, sovetlər dövründə rayonda 31 min hektar üzüm plantasiyası olub və buradan sonuncu dəfə 275 min ton üzüm məhsulu istehsal olunub. İndiki bağlar isə fermerlər tərəfindən son 5-6 ildə əkilib və onlrın da əksəriyyəti süfrə üzümüdür”, - deyə o vurğulayıb.
Yerli fermerlər təlabatı nəzərə alaraq süfrə üzümünə daha çox üstünlük verirlər. Onların da əksəriyyəti kişmiş üzümüdür. Son illərdə qohum olan fermerlər becərməni asanlaşdırmaq və bol məhsul əldə etmək üçün sahibi olduqları torpaqları birləşdirməyə üstünlük verirlər.
Qeyd edək ki, Rayon İcra Hakimiyyətində üzümçülük üçün münbit şərait olduğunu nəzərə alaraq bu sahəni genişləndirmək üçün yerli fermerlər arasında təbliğat işləri aparılır.
DOSTLARINLA PAYLAŞ: