Cəlilabad iki şəhidinin adını bu gün bir daha anıb
25 May 2011 Çərşənbə 22:08
Rayonun 1 saylı məktəbinin həyətində Əhməd Abdullayev və Fərid Əhmədovun xatirə lövhəsinin açılışı olub
Cəlilabad yaddaşlara həkk olunmuş iki şəhidinin adını bu gün bir daha anıb. Bu gün hamı şəhid Əhməd Abdullayev və Fərid Əhmədovun ən şərəfli zirvəyə - şəhidliyə ucaldığını əks etdirən abidə ətrafına toplaşıb. Konkret olaraq Cəlilabadda 1 saylı məktəbin həyətində ötən ilin payızında Tərtər bölgəsində şəhid olan Əhməd Abdullayev və həmyerlisi Fərid Əhmədovun xatirə lövhəsinin açılışı olub. Tədbirdə iştirak edən məktəb şagirdləri və rayon ziyalıları şəhid olmuş həmkəndlilərinin qəhrəmanlıqlarından bəhs edib.
Şəhidlərə həsr olunan abidə kompleksini bu sahədə xüsusi sariştəsi olan İbadət Məhərrəmov bir neça ay ərzində ərsəyə gətirib. Bundan sonra bu abidə kompleksi cəlilabadlıların, xüsusilə məktəblilərin ziyarət yerinə çevriləcək.
DOSTLARINLA PAYLAŞ: