Ölkə

Cəbhə xəttində atəşkəsin imzalanmasından 17 il keçir

Müqavilənin imzalanmasından 17 il keçməsinə baxmayaraq, erməni silahlı qüvvələri razılaşmaya əməl etmir

· Xəbərçi
Cəbhə xəttində atəşkəsin imzalanmasından 17 il keçir
Azərbaycan Ermənistan cəbhəsində atəşkəs rejiminin elan edilməsindən bu gün 17- il ötür. 1994-cü il may ayının 8-də Bişkekdə imzalanan atəşkəs haqqında protokol, mayın 12-də qüvvəyə minib. Həmin dövrdə rəsmi Moskva atəşkəsinin onun irəli sürdüyü şərtlər əsasında elan edilməsində israrlı olsa da, protokol Azərbaycan və Ermənistan arasında Fransanın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra imzalanıb. Atəşkəs müqaviləsinin imzalanmasından 17 il keçməsinə baxmayaraq, erməni silahlı qüvvələri bu gün razılaşmaya əməl etmir. Həmin tarixdən bu günə qədər cəbhə boyu minə qədər monitorinq aparılsa da, hər gün qarşı tərəfin silahlı qüvvələrinin atəşkəsi pozması barədə xəbərlər alırıq.

Şərhlər